Universitetlər arasında videokonfrans  
    
                          
     
                         02.05.2020
 
    
                        					
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin OSTİM Texniki Universiteti arasında videokonfrans keçirilib.
Universitetdən bildirilib ki, videokonfransda AzTU-nun rektoru Vilayət Vəliyev, OSTİM Texniki Universitetinin rektoru Murad Yülək, mütəxəssislər, həmçinin M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin şöbə müdiri Əliniyaz Məmmədov iştirak ediblər. Konfransda postpandemiya dövründə texniki təhsilin biotibbi texnologiyalar sahəsində yarana biləcək böyük tələbini qarşılamaq üçün birgə əməkdaşlıq məsələləri müzakirə edilib.
Bu məqsədlə Biotibbi texnologiyalar mühəndisliyi ixtisası üzrə elmi-tədqiqatlar və kadr hazırlığına diqqətin artırılması, onlayn professor-mütəxəssis mübadiləsi, İslam İnkişaf Bankı, TÜBİTAK ilə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Universitetlərin öz potensialı daxilində vacib layihələrin hazırlanması və icrası üzrə tədqiqatlar aparması da müzakirə olunub. Bundan başqa enerji texnologiyaları, süni intellekt, karantin günlərində onlayn dərslərin gedişi və digər məsələlərə də diqqət çəkilib.