İranda zəlzələ olub 
    
                          
     
                         02.05.2020
 
    
                        
Bu gün səhər saatlarında İranın cənub regionunda 5,0 bal gücündə zəlzələ baş verib.
Tehran Universitetinin Seysmoloji Mərkəzinin yaydığı açıqlamada xəbər verilir ki, zəlzələnin episentri Körfəz sahilindəki Bəndər-Abbas şəhəri yaxınlığında baş verib və ətraf rayonlarda da hiss olunub. Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində olub.
Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürənlər və xilasedicilər göndərilib. Dağıntılar və insan tələfatı haqqında hələlik məlumat verilməyib.