08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Bakı Media"dan növbəti videoçarx +VİDEO

02.05.2020


Azərbaycan polisləri koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə həkimlərimizlə yanaşı, ön cəbhədədirlər. Onlar da öz səhhətlərini təhlükəyə ataraq, vətəndaşlarımızın sağlamlığının keşiyini çəkir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir.

Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların köməyinə də çatır, onlara yardım əli uzadır.

Bakı Media Mərkəzinin Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin dəstəyi ilə, C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası ilə birgə hazırladığı yeni videoçarx bu dəfə məhz polislərimizə həsr olunub. Sözügedən videoçarx mərkəzin sosial şəbəkələrdəki hesbalarında da yer alır.