07 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hakerlər fəallaşıb. Ehtiyatlı olun!

02.05.2020


Avropa İttifaqı ölkələrində kiberhücumların sayı koronavirus pandemiyası fonunda kəskin artıb.

 Aİ-nin rəqəmsal bazarlar məsələləri üzrə komissiyasının məlumatında xəbər verilir ki, təkcə aprel ayında onların sayı mart ayının göstəricilərini altı dəfə üstələyib.

Məruzədə bildirilir ki, söhbət çox vaxt fişinqdən, yəni istifadəçilərin şəxsi məlumatlarının, kredit kartlarının nömrələrinin və parollarının internet vasitəsi ilə ələ keçirilməsi məqsədi ilə dələduzluq hallarından gedir. Pul qoparmaq məqsədi güdən proqramlar tərəfindən hücumların sayı 19 faiz artıb. Onlar hətta xəstəxana və aeroportları hədəf seçiblər. Müdafiə təyinatlı müəssisələr də hücumlara məruz qalıb. Macarıstanda hətta termal hamamın serverini sındırmaq cəhdi qeydə alınıb. Bu hücumların səbəbi məlum deyil. Çox güman, söhbət oyun ehtirasından gedir, lakin bu, bütün bu fəaliyyətin kriminal mahiyyətini əsla azaltmır.