07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran ABŞ-dan tələb edir

02.05.2020


İran İnsan Hüquqları üzrə Qərargahı xüsusi bəyanatla çıxış edərək ABŞ-da həbs edilən professor Sirus Əsgərinin azadlığa buraxılmasını tələb edib.

ABŞ-da elmi ezamiyyətdə olan iranlı alim S.Əsgəri hüquq-mühafizə orqanları tərəfindən gizli məlumatları əldə etmək ittihamı ilə həbs olunub. Məhkəmə araşdırması zamanı alimin təqsiri sübuta yetirilməyib və hakim onun azadlığa buraxılması haqqında qərar qəbul edib. Buna baxmayaraq professor azad edilməyib və onunla görüşmək üçün ABŞ-a gedən ailə üzvlərinə görüş icazəsi də verilməyib.

İran İnsan Hüquqları üzrə Qərargahının katibi Əli Bağırian alimin vəkilinə istinadla bildirib ki, professor S.Əsgəri ABŞ türməsində koronavirusa yoluxub.

Qərargah ABŞ hökumətini insan hüquqlarına hörmətlə yanaşmağa və alimi tezliklə azad etməyə çağırıb.