07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə - yoluxma və ölümdə azalmavar

01.05.2020


Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması və gündəlik ölüm statistikasında azalma müşahidə olunmaqdadır. Mayın 1-də ölkə üzrə 41 min 431 nəfər üzərində test aparılıb. Onlardan 2 min 188 nəfər xəstə çıxıb.

Bu barədə son rəqəmləri nazir Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Bildirilir ki, gün ərzində 4 min 922 nəfər sağalıb, 84 nəfər dünyasını dəyişib. Bununla da ölkə üzrə sağalanların sayı 53 min 808 nəfərə çatıb. Xəstəliyə yeni yoluxma ilə müqayisədə gündəlik sağalanların sayı təxminən iki dəfə çoxdur.

Qeyd edək ki, mayın 1-də yerli vaxtla saat 00.00-da Türkiyədə növbəti dəfə ölkənin 31 vilayəti üzrə komendant saatı tətbiq olunub. Bu dəfə evdən çıxmağa qoyulan qadağa üç gün davam edəcək. Ankara, İstanbul və İzmir daxil olmaqla ölkənin 31 vilayətinə giriş-çıxış qadağası mayın 30-dək davam edəcək.