İvanovkanın taxıl zəmiləri   +FOTO  
    
                          
     
                         01.05.2020
 
    
                        
İsmayıllı rayonunun İvanovka qəsəbəsindəki Nikitin adına kolxozun taxıl zəmiləri göz oxşayır. Bu təsərrüfat Azərbaycanda sovetdən qalma yeganə kolxoz tipli təsərrüfatdır.
Taxılçılıq İvanovkada aqrar sektorun əsas sahələrindəndir və cari ilin məhsulu üçün 3725 hektarda buğda və arpa əkilib. Əkin sahələri ötən ildəkinə nisbətən 450 hektar artırılıb. Sahələrə yüksək məhsuldarlıq üçün lazımi aqrotexniki qulluq göstərilir. Mütəxəssislər builki mövsümdə zəmilərin hər hektarından 35 sentner məhsul götürmək əzmindədirlər.
Fotolar Elxan Qəniyevindir.