07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ƏSF “AtaBank” ASC və “Amrah Bank”-ın ləğvedicisi təyin edilib

01.05.2020


Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il tarixli 30 aprel 2-3 (103)-129/2020 saylı qərarı ilə "AtaBank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb. Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 30 aprel tarixli 2-3 (103)-130/2020 saylı qərarı ilə isə "Amrah Bank” ASC müflis elan olunub və iflas proseduruna başlanıb.

Məhkəmə qərarlarına əsasən, Əmanətlərin Sığortalanması Fondu (ADIF) "AtaBank” ASC və "Amrah Bank” ASC-nin ləğvedicisi təyin edilib.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 2020-ci il 27 aprel tarixli müvafiq qərarları ilə "AtaBank” ASC, "AGBank” ASC, "NBCBank” ASC və "Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin edilib. Aprelin 28-də həmin banklardan ikisinin - "AtaBank” ASC-nin və "Amrah Bank” ASC-nin lisenziyaları ləğv olunub.