09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pentaqondan Türkiyəyə təşəkkür

30.04.2020



Türkiyənin koronavirüs epidemiyasının yeni mərkəzi olan ABŞ-a tibbi yardım etməsinin ardından  ABŞ Müdafiə Nazirliyi Avropa və NATO siyasətində üzrə məsul məsləhətçi müavini Maykl Ryan Türkiyəyə təşəkkür edib.

Türk və Amerikan səlahiyyətlilərinin bir həftədir bu köməyi koordinasiya etdiklərini ifadə edən Maykl Ryan "Türkiyənin İtaliya və İspaniya, İngiltərə və Balkanlara etdiyi kömək kimi ABŞ-a etdiyi kömək də NATO əlaqələndirilməsi ilə edildi" deyə bildirib.

Türkiyənin dəstəyinin, ölkələrin çətin zamanlarda birlikdə işinə nümunə təşkil etdiyini ifadə edən Ryan, "Bu böhranın öhdəsindən gəlməyə çalışdığımız bir zamanda, Türkiyə ABŞ-a yardım edərkən, ABŞ olaraq biz də bildiyimiz ölçüdə başqa müttəfiqlərə yardım etməyə çalışırıq" deyə, fikirlərinə əlavə edib.

TÜRKİYƏNİN YARDIM ƏLİ ABŞ-da da uzandı

Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişinə əsasən ABŞ Silahlı Qüvvələrinin (TSK) ABŞ-a göndərilən tibbi yardım vasitələri daşıyan A400M tipli hərbi yük təyyarəsi, Vaşinqtonun paytaxtı Vaşinqton yaxınlığındakı Andrews Hava Bazasına enib.

Qutularda 500 min maska, 400 min xalat, 2 min litr dezinfeksiyaedici, 500 üz qoruyucu, 400 N95 tipli maska ​​və 1500 təhlükəsizlik eynəyinin olduğu bildirilib.

Covid-19 virusunun ən geniş yayıldlğı ABŞ-da 1 milyondan çox insana Covid-19 diaqnozu qoyulub,  virus səbəbindən 60 min insan ölüb.