08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-da koronavirus qurbanlarının sayı 60 mini ötüb

30.04.2020


ABŞ-da COVID-19 xəstəliyindən həyatını itirənlərin sayı son sutkada daha 2 min nəfərdən çox artaraq 60 mini ötüb.

Pandemiyanın statistikasını aparan Cons Hopkins Universitetinin məlumatında xəbər verilir ki, Birləşmiş Ştatlarda indiyədək yeni koronavirus infeksiyasından 60 min 207 ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu rəqəmi qurbanların sayının dəqiqləşdirilimiş proqnozlara əsaslanan maksimum həddi qismində səsləndirmişdi. Hərçənd o, əvvəlcə 100 mindən danışırdı.

Son məlumatlara görə, ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 1 milyon nəfəri ötüb, 116 min nəfərdən çox insan sağalıb.

2019-cu ilin sonlarında Çinin Uxan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və qısa müddətdə demək olar ki, bütün dünyanı bürüyüb. Martın 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 infeksiyasını pandemiya elan edib.