09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Həbsdə saxlanılan alim koronavirusa yoluxub

30.04.2020


ABŞ-da həbsdə saxlanılan tanınmış iranlı alim, professor Sirus Əsgəri koronavirusa yoluxub.

DM xəbər verir ki, bu barədə "The Guardian” qəzetinə istinad edən İran mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, Luiziana ştatının həbsxanasında saxlanılan alim həbsxanada koronavirus testindən keçirildiyini və onun analizinin nəticəsinin müsbət çıxdığını öz vəkili bildirib. Alimin virusa yoluxmasına baxmayaraq, ona tibbi yadım göstərilmir. S.Əsgəri ilə görüşmək üçün ABŞ-a gələn alimin ailə üzvlərinə görüş icazəsi verilməyib.

Qəzet yazır ki, iranlı alim Ohayo ştatının universitetindən məxfi məlumatlar oğurlamaqda və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozmaqda ittiham olunub. Lakin məhkəmə prosesində alimin günahı sübuta yetirilməyib və hakim onun azad edilməsi haqqında qərar qəbul edib. Məhkəmənin qərarına baxmayaraq, alim azadlığa buraxılmır.

Aprelin 29-da Dövlət Departamentinin rəhbəri Maykl Pompeo bəyan edib ki, əgər hər hansı bir ölkədə həbsdə olan ABŞ vətəndaşı koronavirusa yoluxub həyatını itirsə, onda rəsmi Vaşinqton həmin ölkəni cəzalandıracaq.