09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AHİK yardımı edib

29.04.2020


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən (AHİK) Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarda xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə və təqaüdçülərə ərzaq yardımları paylanılıb.

AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə yerli icra hakimiyyətinin tərtib etdiyi siyahıya əsasən, aprelin 29-da həmkarlar ittifaqı fəalları tərəfindən 5 rayonda, ümumilikdə, 250 yardım bağlaması sosial dəstəyə ehtiyacı olan vətəndaşlara çatdırılıb.

Gündəlik tələbat mallarından ibarət yardım bağlamalarına - çay, qənd, şəkər tozu, düyü, bitki yağı, makaron və başqa ərzaqlar qoyulub.

Həmçinin vətəndaşlarla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl edilməsi, digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanıb. Vətəndaşlara özlərinin və ailə üzvlərinin sağlamlığı naminə karantin rejiminə tam məsuliyyətlə əməl etmələri tövsiyə olunub.

Qeyd edək ki, bu günlərdə AHİK-in İcraiyyə Komitəsi xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, təqaüdçülərə ərzaq yardımlarının paylanmasını nəzərdə tutan yeni qərar qəbul edib. Bu məqsədlə respublikanın 76 şəhər və rayonunda yaşayan 3900 aztəminatlı ailəyə ərzaq sovqatının paylanılması qərara alınıb. Ümumi həcmi 68 ton olan ərzaq sovqatları hər bir ailə üçün vacib olan gündəlik tələbat mallarından ibarətdir.

Aksiyadan yararlanan insanlar koronavirus infeksiyasının dünyanı bürüdüyü bu çətin günlərdə onların qayğısına qalan xeyirxah insanlara və dövlətimizə minnətdarlıqlarını bildiriblər.