30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fəaliyyət planı hazırlanıb

29.04.2020


Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) şəhərlərarası sərnişin daşımalarında gediş-gəlişin təmin olunması ilə bağlı fəaliyyət planı hazırlayıb.

Bu barədə DANX-ın İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

O bildirib ki, regionlardan vətəndaşların gediş-gəlişi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə təmin olunacaq. Lakin bu mərhələli şəkildə həyata keçiriləcək: "Karantin rejiminin yumuşaldılması pandemiyanın bitməsi demək deyil. Regionlardan gediş-gəliş təmin olunan zaman hamının paytaxta axın etməsinə imkan verilməyəcək. Bu, həm sıxlığa, həm də izolyasiya tədbirlərinin pozulmasına səbəb olar. Ona görə də, ilk növbədə, Bakı qeydiyyatında olan sərnişinlərin və region qeydiyyatında olan lakin paytaxtda qalmağa məcbur olan şəxslərin gəlişi təmin ediləcək. Daha sonra ikinci və üçüncü dərəcəli səbəbdən səfər etmək istəyənlərin, təhsil müəssisələri tətildə olduğu üçün tələbələrin gəlişinə icazə verilməyəcək. Bunun üçün avtovağzallarda müvafiq sənədlərin yoxlanması həyata keçiriləcək”.