09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin: Boris Conson bizim casusumuzdur?

26.05.2018

Rusiya Kataloniya böhranına müdaxilə etməyib.
"Dövran Media" xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı deyib. Onun sözlərinə görə, Rusiya İspaniyanın ərazi bütövlüyünün qorunmasında maraqlıdır.
Putin həmçinin İspaniya agentliklərindən birinin rəhbərinin sualına cavabında bütün xalqların öz müqəddəratını təyinetmək haqqının olduğunu deyib.
Rus lider Rusiyanın Kataloniyadakı böhrana kiberhücumlarla dəstək olması haqqında ittihamları axmaqlıq adlandırıb:
"Hər zaman Rusiya haqqında danışıblar. Bizi Breksitdə də ittiham edirdilər. Bütün günahlar bizim üzərimizə atılır. Lakin hər ölkənin öz daxili prosesləri var və bizim bunlarla heç bir əlaqəmiz yoxdur. Bəlkə Boris Conson Rusiya casusudur? Bütün ölümcül günahlarda bizi ittiham etmək qeyri-ciddilikdir”.