29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AŞPA-nın prezidenti Rik Daemsdən məktub var

28.04.2020


Aprelin 23-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda ReAL Partiyasının sədri İlqar Məmmədovun, eləcə də hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində olan hökmlə bağlı işə baxılıb. Hər iki məsələ üzrə şəxslər barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

AZƏRTAC xəbər verir ki, beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanan bu qərara münasibətini bildirən AŞPA-nın prezidenti Rik Daems Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova məktub göndərib.

Məktubda deyilir:

"İlqar Məmmədov və Rəsul Cəfərovun işləri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun son qərarları barədə məlumatla tanış olduğum 2020-ci il 23 aprel tarixli məktubunuza görə sizə təşəkkür edirəm. Mən bu qərarları alqışlayıram.

Həqiqətən də, bir neçə ildir ki, bu iki iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra olunmaması Azərbaycanla Avropa Şurası arasındakı əməkdaşlıq qarşısında maneəyə çevrilmişdi. Buna görə, Ali Məhkəmə Plenumunun qərarları, digər məsələlərlə yanaşı, bu iki işlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən, eləcə də Strazburq Məhkəməsinin bir sıra oxşar qərarları ilə müəyyən edilmiş ədliyyə orqanlarının fəaliyyətində bəzi sistemli məsələlərin həll edilməsi məqsədilə Azərbaycanla Avropa Şurası arasında genişləndirilmiş əməkdaşlığa yeni imkanlar açır”.

Rik Daems, həmçinin Azərbaycan nümayəndə heyətinin Assambleya məruzəçiləri və Avropa Şurasının səlahiyyətli qurumları ilə əməkdaşlığı davam etdirəcəklərinə inandığını bildirib.