29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BMT-nin yeni təşəbbüsü

28.04.2020

Mərkəzi Asiya ölkələri pandemiya fonunda heyvan xəstəliklərinin vahid xəritəsini yaradırlar
Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Mərkəzi Asiyada heyvan xəstəliklərinin yayılmasının vahid xəritəsini tərtib edirlər. "Ekspresss K" xəbər verir ki, bu layihə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Dünya Heyvanların Sağlamlığı Təşkilatının təşəbbüsü ilə həyata keçirilir.

Heyvanların sağlamlığı haqqında məlumatın toplanması üçün platforma "Qoldau.kz" portalının bazasında yaradılacaq. Məlumat mübadiləsinin aparılacağı xəstəliklərin prioritetliyi artıq müəyyən edilib: bunlar xırdabuynuzlu gövşəyən heyvanlarda brusellyoz, exinokokkoz, Sibir xorası, dabaq və taun xəstəliyidir.

Məlumatların vahid platformada birləşdirilməsi bu sahədə fəaliyyəti əlaqələndirməyə, heyvan xəstəliklərinin yaranması və yayılması risklərini idarə etməyə imkan verəcək.

Bazada vaksinasiya, istifadə olunan vaksinlər və diaqnostikanın nəticələri haqqında məlumatlar olacaq. Xəstəliklərə nəzarət üzrə milli proqramların səmərəliliyi bu məlumatlar əsasında qiymətləndiriləcək.

Layihə 2019-cu ilin sonunda Daşkənddə beş Mərkəzi Asiya dövlətinin nümayəndələri ilə razılaşma mərhələsindən keçib və ilk baxışda elə gəlir ki, yeni tip koronavirus pandemiyası ilə birbaşa bağlı deyil.

Bununla belə, uğurlu epizootiya vəziyyətinin təmin edilməsi məsələsi koronavirus fonunda xüsusi aktuallıq kəsb edir, çünki koronavirus iqtisadi tənəzzül təhlükəsi də yaradır. Belə ki, hazırda Avropada minlərlə donuzçu daha bir təhlükə ilə üzləşib: Afrika donuz taunu onların təsərrüfatını müflisləşdirə bilər. İnsan üçün təhlükəsiz olan, lakin qaban və donuzları öldürən virus bu yaxınlarda Polşa–Almaniya sərhədində aşkar edilib. Ekspertlər hesab edirlər ki, bəzi ovçular güllə ilə vurulmuş heyvanların sanitariya qaydalarına uyğun emalına dair Avropa normativlərinə riayət etmirlər. Standartlar, o cümlədən infeksiyaların fermer təsərrüfatlarına yayılmaması üçün hazırlanıb. İndi Danimarka və Niderland da öz fermalarının yoluxacağından ehtiyat edirlər. Hazırda Polşa və Almaniya Afrika donuz taununa qarşı mübarizədə səylərini birləşdirəcəkləri barədə məlumat veriblər. Mütəxəssislər ümid edirlər ki, hasarlama, testləşdirmə, informasiya mübadiləsi bu sahəni xilas etməyə kömək göstərəcək.