29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Şamaxı yolu”nda hərəkət məhdudlaşdırılıb

28.04.2020


Moskva prospekti "Şamaxı yolu” adlanan ərazi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində aprelin 28-29-da "20 Yanvar dairəsi”ndən "Şamaxı yolu” adlanan ərazi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

Alternativ olaraq sürücülər Ziya Bünyadov prospekti - Asif Məhərrəmov küçəsi, Ziya Bünyadov prospekti - "3-cü mikrarayon dairəsi” - Tbilisi prospekti və ya Ziya Bünyadov prospekti – "20 Yanvar dairəsi” - Müzəffər Həsənov küçəsi - Alatava istiqamətlərindən istifadə edə bilərlər.