29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda vəziyyət təhlükəli olaraq qalır

28.04.2020


İranda koronavirusun yayılması nəticəsində ölən və yoluxanların sayında azalma müşahidə edilsə də vəziyyət təhlükəli olaraq qalır.

Bu sözləri İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur deyib. O bildirib ki, son 24 saat ərzində 1112 nəfər virusa yoluxan aşkar edilərək xüsusi xəstəxanalara yönəldilib. Bu müddət ərzində 61 nəfər həyatını itirib. Beləliklə İranda yoluxanların sayı 92 min 584 nəfərə, ölənlərin sayı isə 5 min 877-yə çatıb.

Bununla yanaşı mətbuat katibi qeyd edib ki, xüsusi xəstəxanalarda müalicə alan 72 min 439 nəfər sağalaraq evə buraxılıb.

Qeyd olunub ki, İranda koronavirusla mübarizəyə 120 min həkim və tibbi personal cəlb olunub. Bundan başqa 150 min könüllü xəstələrin müalicəsində iştirak edir. Təəssüf ki, könüllülərdən 100 nəfəri virusa yoluxaraq həyatını itirib.