29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu qidalar immuniteti gücləndirir

28.04.2020


Yoluxucu xəstəliklərin yayıldığı bir vaxtda virusdan qorunmaq üçün güclü immunitetin olması vacibdir. Ona görə də qida rasionunu həm makro, həm də mikroelementlərlə zənginləşdirmək lazımdır. Karbohidrat, yağ və zülallar makro, vitamin və minerallar isə mikroelementlər hesab olunur.

Mütəxəssislər bu məqsədlə D vitamini ilə zəngin qidalara üstünlük verilməsini məsləhət görürlər. Həkim-diyetoloq Ləman Süleymanova bu barədə deyib: "Müxtəlif balıq məhsulları, ət və ət məhsulları, o cümlədən qırmızı ət və toyuq əti ilə qidalanmaq immunitetin güclənməsində vacib rol oynayır. Fol turşusu, eləcə də A və S vitaminləri ilə zəngin göy-göyərti, yaşıl yarpaqlı tərəvəzlərdən çox istifadə edilməlidir. Həmçinin sitrus meyvələri ilə qidalanmaq da bu sahədə çox faydalı təsir göstərir”.

Həkim-diyetoloq çeşidli qidalanmağa üstünlük verməyi tövsiyə edir. Gün ərzində bol maye qəbul edilməsi də orqanizm üçün xeyirlidir. Bədən çəkisinə uyğun olaraq gün ərzində maye qəbul edilməlidir. Onun dediyinə görə, ortaçəkili insan orqanizmi üçün gün ərzində ən azı 2 litr su içmək tövsiyə olunur, çünki su metabolizmi gücləndirir və orqanizmin vital fəaliyyətini stimullaşdırır.

Şəkər immuniteti zəiflədən qida olduğu üçün şirniyyatlardan mümkün qədər az istifadə etmək məsləhətdir. Həmçinin balanslaşdırılmış qidalanmaya riayət edilməli, axşam yeməyi yatmazdan ən azı 4 saat əvvəl yeyilməlidir.