29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Trampı hədələdi, 18 ay cəza aldı

28.04.2020


Texas ştatının Dallas şəhərində 36 yaşlı Mikael Gedlu Prezident Donald Trampı ölümlə hədələdiyinə görə 18 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını federal həbsxanada çəkəcək.

Gedlu dekabr ayında Trampa hədələr etməkdə özünü günahkar bilib. O, sosial şəbəkələr vasitəsilə Trampı ölümlə hədələdiyini, "YouTube” səhifəsində "Mən gözləyirəm ki, Tramp Dallasa gəlsin və onu öldürüm” dediyini etiraf edib.

Məhkəmə prosesi zamanı prokurorlar bildiriblər ki, hüquq-mühafizə orqanlarının nümayəndələri 2018-ci ilin dekabrında Dalassda "Adolphus” otelinin yaxınlığında Trampın gəlişinə 30 dəqiqə qalmış Gedlunun küçədən keçdiyini görüblər. Bu zaman Gedlunun əlində "Trampa ölüm” lövhəciyinin olması və buna görə də onun saxlandığı qeyd olunur.

İttihamçılar ABŞ-ın məxfi xidmət orqanlarının öz araşdırmalarını Dallas polisinin köməyi ilə apardıqlarını bildiriblər.