09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-dan Türkiyəyə F-35 şoku: QƏRAR VERİLDİ

25.05.2018

ABŞ Nümayəndələr Palatasında Milli Müdafiə Təqdimatı Aktı qəbul edilib.
"Dövran Media" xəbər verir ki, qəbul edilən aktın Türkiyəyə aid olan müddəalarına əsasən, müdafiə nazirindən Ankara ilə münasibətlərin vəziyyəti barədə bir hesabat hazırlanması və buna qədər F-35 təyyarələrinin satışının təxirə salınması nəzərdə tutulub.
ABŞ Senatının Silahlı Qüvvələr komissiyası da sözügedən aktın digər versiyasını qəbul edib və Türkiyənin F-35 proqramından çıxarılmasını tələb edib. Komitədən sonra Senatda da akt qəbul edilərsə, hər iki qanunverici orqanın nümayəndələri bir yerə toplanıb iki fərqli versiya üzərində müzakirələr aparacaq və yekun qərar qəbul ediləcək.
Məsələ ilə bağlı Türkiyə tərəfinin cavabı gecikməyib. Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy ABŞ Konqresindəki F-35 qərarı ilə bağlı açıqlama verib. Aksoy bu tip addımların atılacağı halda Türkiyənin cavab verməyə məcbur qalacağını bildirib. XİN sözçüsü həmçinin ABŞ-dan gələn nümayəndə heyəti ilə bu gün Menbiç məsələsi ətrafında müzakirələrin aparıldığını qeyd edib.
Xatırladaq ki, bu qətnamə layihəsi qısa zaman əvvəl Türkiyə üçün istehsal edilmiş ilk F-35 təyyarəsinin görüntülərinin yayılması fonunda qəbul edilib.