07 07 2020-cu il Bakı 31 ℃
DM RADİO
Onlİne xəbər
07/07/2020
06/07/2020
04/07/2020
03/07/2020

Neftin qiyməti 40 dollaradək yüksələ bilər

27.04.2020

İlin ikinci yarısında neftin bir barrelinin qiymətinin 40 dollara qədər artacağını gözləyirik.

Bu sözləri Əlcəzairin Energetika naziri, OPEC Konfransının prezidenti Məhəmməd Arkab deyib.

O bildirib ki, yeni növ koronavirus səbəbindən son günlərdə kəskin ucuzlaşmanın müşahidə olunduğu neftin qiymətindəki geriləmə qarşıdakı müddətdə bərpa olunacaq. OPEC-ə üzv ölkələrin hasilatı məhdudlaşdırmaqla bağlı qərarının icrası nəticəsində may və iyun aylarında neftin qiymətinin 40 dollar/barrelə qədər artacağı proqnozlaşdırılır.

M.Arkab ötən həftə qiymətdə baş verən kəskin ucuzlaşmadan sonrakı müddətdə neft bazarının müsbət siqnallar verdiyini qeyd edib.

Xatırladaq ki, OPEC və qeyri-OPEC ölkələrinin ("OPEC+”) nazirlərinin ötən həftə videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının 3 mərhələdə azaldılması qərarlaşdırılıb. Belə ki, may-iyun aylarında "OPEC+” üzrə neft istehsalı sutkada 9,7 milyon barrel, iyul-dekabr aylarında gündəlik 7,7 milyon barrel, gələn ilin yanvarından 2022-ci il aprelin sonunadək isə sutkalıq 5,8 milyon barrel azaldılacaq. Məhdudiyyətlərlə bağlı üçüncü mərhələnin şərtləri bu ilin dekabrında yenidən müzakirə olunacaq.

"OPEC+” üzrə növbəti iclasın isə iyunun 10-da videokonfrans formatında keçirilməsi razılaşdırılıb.