23 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çindən Türkiyəyə gedən yük qatarı Bakı Limanından keçib

27.04.2020


Çindən Avropaya hərəkət edən və Avstriya Dəmir Yollarının operator olduğu növbəti yük karvanı Bakı Limanından keçərək Türkiyənin Köseköy məntəqəsinə istiqamətlənib.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-dən bildirilib ki, əsasən elektron cihazlar, maşın avadanlıqları və digər istehlak mallarından ibarət qatar Çinin Sian şəhərindən Bakı Limanına 6 günə çatıb. Sayca ikinci olan və 115 vaqondan ibarət qatarın operatoru Avstriya Federal Dəmir yollarının logistika üzrə törəmə şirkəti "ÖBB Rail Cargo Group”dur. Avropada bir çox filialı, 8500 nəfər işçi qüvvəsi və illik 2,3 milyard avro dəyərində dövriyyəsi olan "ÖBB Rail Cargo Group” Avropanın aparıcı dəmir yolu logistika şirkətlərindən biridir.

Gələcəkdə də Sian- Köseköy marşrutu üzrə qatarların daim işləyəcəyi, Orta Dəhliz (Middle Corridor) və Çin-Türkiyə-Avropa İttifaqı dəhlizinin mühüm bir hissəsi olacağı nəzərdə tutulub.

Xatırladaq ki, 2019-cu il noyabrın 25-də Bakı Limanı, Avstriyanın "ÖBB Rail Cargo Group”u və Niderlandın "Cabooter Group”u ilə Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının gücləndirilməsi və genişləndirilməsi məqsədilə saziş imzalayıb. Saziş Niderlandın Venlo şəhərindən və Almaniyadan Türkiyəyə (İstanbul), Azərbaycana (Bakı), Orta Asiyaya və daha sonra isə Çinə qədər uzanacaq nəqliyyat dəhlizinin genişləndirilməsini ehtiva edir.