02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Uxanda pasiyentlərinin hamısı sağalıb

26.04.2020


Çində yeni növ koronavirusun aşkarlandığı Uxan şəhərindəki xəstəxanalarda müalicə alan bütün COVID-19 xəstələri sağalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitənın açıqlamasında bildirilir ki, ötən sutka ərzində Çində COVID-19 infeksiyasına 11 yeni yoluxma halı aşkarlanıb. Onların 5-i xarici mənşəli yoluxmadır. Ölüm faktı qeydə alınmayıb. Müalicəni başa vuran 48 pasiyent ötən sutka ərzində evə buraxılıb.

Qeyd edək ki, ötən ilin dekabrında Hubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərində aşkarlanan yeni növ koronavirusa Çinin materik hissəsində indiyədək 82 min 827 nəfər yoluxub, 4632 nəfər ölüb, 77 min 394 nəfər sağalaraq xəstəxananı tərk edib. Hazırda xəstəxanalarda cəmi 801 pasiyent var.

Çinin Honkonq xüsusi inzibati bölgəsində indiyədək 1037 yoluxma və 4 ölüm, Makao xüsusi inzibati bölgəsində 45 yoluxma, Tayvan adasında isə 429 yoluxma və 6 ölüm qeydə alınıb.