“İran” qəzetinə sanksiyaya 
    
                          
     
                         26.04.2020
 
    
                        
İranda ingilis dilində nəşr olunan "İran” qəzetinin elektron variantı (iran-newspaper.com) ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət idarəsinin (OFAC) tələbi ilə bloklanıb.
İRNA xəbər agentliyi xəbər verir ki, qəzetin söz və fikir azadlığından danışan ABŞ-ın bir qəzetin internet saytına girişi qadağan etməsi mətbuat azadlığını boğmaqdan başqa bir şey deyil.
Qəzetin saytının sanksiyaya məruz qalmasının səbəbi onun ingilis dilində yayımlanması və ABŞ-da geniş oxucu kütləsinə malik olmasıdır.
Qeyd edək ki, "İran” qəzeti İranın rəsmi mətbuat orqanıdır fars və ingilis dillərində nəşr olunur.