02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə sağalanlar - 25 min

26.04.2020


Dünyanın cənginə alan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Türkiyədə aparılan çoxistiqamətli tədbirlər nəticəsində bu xəstəliklə mübarizədə əhəmiyyətli dönüş yaranıb. Belə ki, aprelin 25-də ölkə üzrə 38 min 308 nəfər üzərində test aparılıb. Onlardan 2 min 861 nəfər xəstə çıxıb. Gün ərzində 3 min 845 nəfər sağalıb. Artıq gündəlik yoluxma və ölüm sayında enmə, sağalma sayında böyük yüksəliş müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə son rəqəmləri nazir Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Bildirilir ki, aprelin 25-də 106 nəfər dünyasını dəyişib. Bununla da ölənlərin sayı 2 min 706 nəfərə çatıb.

Ümumi hesabda, bu günədək ölkə üzrə 868 min 565 nəfər testdən keçirilib. İnfeksiyadan müalicəyə cəlb olunanların sayı 107 min 773 nəfərə çatıb. Onlardan 1782 şəxs reanimasiyada, 900 xəstə süni nəfəs aparatına qoşulmuş haldadır. Hər iki göstəricidə ciddi azalma var. İndiyə qədər 25 min 582 nəfərin müalicəsi müsbət nəticə verib.