03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan yığması Türkiyə komandasını məğlub edib

25.04.2020


Azərbaycan şahmatçılarının iştirakı ilə Azərbaycan – Türkiyə onlayn matçı baş tutub.

DM xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyinin və SOCAR-Türkiyənin dəstəyi ilə keçirilən yarışda hər iki tərəfi Azərbaycan şahmatçıları təmsil ediblər. Azərbaycan komandasının tərkibində Rauf Məmmədov, Vasif Durarbəyli, Azər Mirzəyev, Ürfan Sevdimalıyev, Səbinə İbrahimova və Zaur Süleymanov çıxış ediblər. Türkiyə komandasında isə Vüqar Rəsulov, Misrəddin İsgəndərov, Cəmil Ağamalıyev, Zaur Məmmədov, Nərmin Məmmədova ilə yanaşı, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim də yer alıb.

On iki turluq mübarizədə Azərbaycan komandası 6 dəfə qələbə qazanıb, 5 dəfə məğlub olub və 1 turu heç-heçə başa vurub. Beləliklə, ümumi xal hesabında Azərbaycan komandası 38,5:33,5 xalla qalib olub.