03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda ölüm halları azalır

25.04.2020

Bu günə olan məlumata əsasən İranda koronavirusa yoluxanların və ölənlərin sayında yenə də artım müşahidə olunub.

İranın Səhiyyə Nazirliyiyi verdiyi açıqlamada xəbər verilir ki, yoluxanların sayı 89 min 328 nəfərə, ölənlərin sayı isə 5 min 650-yə çatıb.

Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə olunan 68 min 193 nəfər sağalaraq evə buraxılıb. Açıqlamada qeyd edilir ki, son 24 saat ərzində virusa yoluxan 76 nəfər həyatını itirib. Bu rəqəm ölüm hallarının azaldığını göstərir. Aprelin əvvəlində hər gün yüzdən çox adam ölürdü. İndi isə virusun tam nəzarət altına alınmasının nəticəsində ölün halları azalıb.

Nazirlik əhalini karantin rejiminin yumşaldılmasına baxmayaraq ehtiyatlı olmağa, sosial məsafə gözləməyə, tibbi maskalardan istifadə etməyə, ictimai nəqliyyatdan az istifadə etməyə və əlləri yaxşı yumağa çağırıb.

Bu arada Qətər Dövləti 15 ton tibbi ləvazimat və preparatlardan ibarət olan humanitar yardımı İrana çatdırıb.

İran Prezidenti ilə Qətər Əmiri telefonla əlaqə saxlayaraq koronavirusa qarşı birgə mübarizəni müzakirə ediblər.