02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-da ölü sayı 50 mini keçib

25.04.2020



Koronavirus epidemiyasının mərkəzi hesab olunan ABŞ-da 50 mindən çox ölüm hadisəsi qeydə alınıb. Ölənlərin sayına görə və Covid-19-a yoluxmada ilk sırada olan ABŞ-da vəziyyət hər gün pisləşir.

AA xəbərinə görə, Johns Hopkins Universitetinin paylaşdığı məlumatlarda deyilir ki, ölkədə virus səbəbiylə ölənlərin sayı 50 min 31-dir.

Ölkədə aşkar olunan yoluxma sayı 870 min 468-dir.

Digər tərəfdən Nyu-York əyaləti ölkədə ən çox ölüm və ölüm hadisəsinin baş verdiyi yer olaraq ön plana çıxır. Əyalətdə 270 mindən çox hadisə qeydə alınıb, təxminən 21 min insan ölmüşdür.