02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İnfarkt və insulta qarşı gözlənilməz vasitə tapılıb

25.04.2020

Adi duzun yodlu duzla əvəz olunması bir çox ölümcül təhlükəli ürək-damar xəstəliklərinin inkişafının qarşısını alır.

"MedicalXpress” nəşrinə istinadla xəbər verir ki, bu nəticə beynəlxalq elmi qrupun tədqiqatında öz əksini tapıb. Alimlərin sözlərinə görə, yodlu duzun tərkibində ürək əzələləri üçün faydalı olan və arterial təzyiqi aşağı salan kalium var. Bundan başqa, natriumla zəngin adi duzdan imtina edilsə, onun istifadəsi xeyli azalacaq ki, bu da ürəyə yaxşı təsir göstərəcək.

Mütəxəssislər natrium istehlakının Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi miqdardan iki dəfə çox olduğu Çində ürək-damar xəstəlikləri barədə məlumatları analiz ediblər. Belə ki, 2015-ci ildə ÇXR-də 2 milyondan çox insan yüksək təzyiq nəticəsində həyatını itirib.

Tədqiqatçılar müəyyən ediblər ki, kaliumla zənginləşdirilmiş duzdan istifadə hər il 208 min insult və 175 min ürəklə bağlı digər xəstəliklər olmaqla 460 min ölümün qarşısını alır. Bundan başqa, adi duzun yodlu duzla əvəzlənməsi xroniki böyrək xəstələrinin sayını da əhəmiyyətli dərəcədə azaldır.