02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran XİN: İrana öyüd-nəsihət verəcək vəziyyətdə deyillər

24.04.2020


ABŞ və Avropa İrana öyüd-nəsihət verəcək vəziyyətdə deyillər.

Bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif "Twitter” hesabında yazıb. O bildirib ki, İranın fəzaya hərbi peyk çıxarmasını BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) 2231 saylı qətnaməsinə zidd deyil. ABŞ-ın özü dünyanın müxtəlif regionlarında zorakılıq edərək BMT TŞ-nin qətnaməsinə zidd addımlar atıb. ABŞ və Avropa 2231 saylı qətnaməni yanlış izah edirlər. İran nüvə silahına və bu nüvə silahını kosmosa daşıyacaq raketə malik deyil. Bu kimi silahların hansı dövlətlərdə olması dünyada hamıya məlumdur.

Nazir qeyd edib ki, Avropa dövlətləri BMT TŞ-nin 2231 saylı qətnaməsinin şərtlərinə əməl etmək əvəzinə ABŞ-ın yanlış mövqeyini müdafiə edir.
Qeyd edək ki, İran "Nur” adlı hərbi raketini orbitə çıxardıqdan sonra ABŞ-ın tənqidləri ilə üzləşib. Birləşmiş Ştatlar məsələnin BMT TŞ-da müzakirəyə çıxarmaq niyyətində olduğunu bəyan edib. Bəzi Avropa dövlətləri də ABŞ-ın fikrini dəstəkləyib.