02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Modul tipli xəstəxanalar fəaliyyətə başlayacaq

24.04.2020

Azərbaycanda koronavirusa görə hər milyon nəfərə düşən testlərin sayı 1064-dür və bu da dünya üzrə yüksək göstəricilərdəndir.

Bu fikri TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, ölkəmizdə koronavirus xəstəliyinin aşkarlanması üçün bütün imkanlar var. Yüksək keyfiyyətli reaktivlərdən istifadə edilir.

TƏBİB-in İdarə Heyətinin sədri bildirib ki, vətəndaşların dəstəyi çox önəmlidir. Çağrı mərkəzində könüllülər çalışmağa başlayıblar. Çağrı mərkəzlərinin əsas fəaliyyəti koronavirusla bağlı məlumatların verilməsi, psixoloji dəstəyin göstərilməsidir.

R.Bayramlı diqqətə çatdırıb ki, çarpayı fondunun genişləndirilməsi üçün 10 modul tipli xəstəxananın tikilməsinə başlanılıb. Bu xəstəxanalar qısa müddətdə açılacaq və həkimlərimiz təlimdən keçərək orada fəaliyyətə başlayacaqlar.