Bir gündə 5849 yoluxma 
    
                          
     
                         24.04.2020
 
    
                        
Rusiyada ötən gün koronavirusa yoluxanların sayı 5849 nəfər artaraq, 68622 nəfərə çatıb.
DM xəbər verir ki, yeni yoluxma halları ölkənin 85 regionunda qeydə alınıb. Ötən gün ərzində "COVID-19” xəstəliyindən 677 nəfər sağalıb, 60 xəstə vəfat edib.
Ümumilikdə, Rusiyada 615 nəfər bu xəstəliyin qurbanı olub, 5568 nəfər isə sağalıb. Gün ərzində ölənlərdən 37 nəfəri Moskva sakindir.