02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BMT 83 ölkəyə dəstək göstərib

24.04.2020


BMT-nin İnkişaf Proqramı (UNDP) bir ay ərzində koronavirus pandemiyası ilə mübarizə aparan 83 ölkəyə dəstək göstərib. 

DM TASS informasiya agentliyinə xəbər verir ki, bu məlumat təşkilatın bəyanatında yer alıb. Qeyd olunub ki, aşağı və orta gəlirə malik (yoxsulluq, yaşayış üçün təhlükəsiz şəraitin və güclü hökumətin olmaması, zəif infrastruktur) ölkələrdə bundan əvvəl yaranmış çətin şərait pandemiya dövründə daha çox dərinləşə bilər. 

Bununla əlaqədar həmin ölkələrin təcili dəstəklənməsinə yönələn "tez cavab proqramı” həyata keçirilib. Bu proqram çərçivəsində bir ay ərzində 83 ölkəyə 23,3 milyon dollar məbləğində kömək göstərilib. Bu yardım dərman, tibb işçiləri üçün qoruyucu geyim, koronavirus testi alınmasını, habelə COVID-19 haqqında informasiyanın yayılması üzrə yerli təşəbbüsləri dəstəklənməsini əhatə edir.