03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hədəf Liseyindən videoçarx. - İZLƏYİN!

24.04.2020

Hədəf STEAM Liseyinin təşkilatçılığı ilə #şagirdinüçünrəqset (#danceforstudents) beynəlxalq həştəqinə uyğun videoçarx hazırlanıb.

Liseydən DM-ə bildirilib ki, layihənin məqsədi koronavirus infeksiyası ilə əlaqədar tətbiq edilən karantin rejimində məktəb və müəllimləri üçün darıxan şagirdləri sevindirməkdir. Videoçarxda Hədəf Liseyində və respublikanın bir sıra məktəblərində çalışan müəllimlərin, eləcə də xarici ölkələrdən olan müəllimlərin rəqsi nümayiş olunur.

Ümumilikdə 25 müəllimin iştirak etdiyi bu videolayihə üçün "Dance monkey” mahnısı seçilib. Videoçarxda gənc tarzən Ayət Baxşıyevin tarla improvizəsi də yer alıb.

Qeyd olunub ki, #şagirdinüçünrəqset həştəqi çərçivəsində hazırlanan videoçarx yalnız telefonla çəkilən kadrlarla ərsəyə gəlib. Layihə iştirakçılarının fikrincə, müəllimlər evdə qalarkən də öz şagirdlərini sevindirə bilər, rəqs etmək isə bunun ən effektiv yoludur.