03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nisəxanım nə ilə diqqət çəkib

23.04.2020


İstanbulun Feyyaz Berke uşaq bağçasında təhsil alan azərbaycanlı Nisəxanım Hüseynova Türkiyənin İstiqlal Marşını (dövlət himni) türk uşaqlardan daha yaxşı səsləndirməsi ilə diqqətləri öz üzərinə çəkib.

DM xəbər verir ki, Türkiyədə qeyd edilən 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı münasibətilə hazırlanan videoçarxda Nisəxanımın həmyaşıdları iştirak ediblər.

Müəllimləri tərəfindən sevilən balaca həmvətənimiz ağlı və bacarığı ilə həmyaşıdlarından seçilir.

Videoçarx azərbaycanlı balaca qızcıqaz tərəfindən İstiqlal Marşının şeir formasında səsləndirməsi ilə başlayır.