03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Estoniyada vəziyyət necədir

22.04.2020


Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 7 nəfər artaraq 1559-a çatıb.

DM xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 43 min 637 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna 1426 nəfərdən götürülən analizin 7-nin nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 44 ölüm faktı qeydə alınıb.