03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran Əfqanıstan sərhədində silahlı toqquşma

22.04.2020

İranın Cənub-Şərqindəki Sistan-Bəlicistan vilayətində İran İslam İnqilabının Keşikçiləri Korpusu (Sepah) əsgərləri və narkotik vasitələrinin qaçaqmalçılığı ilə məşğul olan silahlı qruplaşma arasında toqquşma baş verib.

DM xəbər verir ki, bu barədə Sepah-ın nümayəndəsi polkovnik Qasım Həsənzadə məlumat yayıb. O bildirib ki, Əfqanıstandan İrana külli miqdarda narkotik vasitə keçirməyə çalışan qruplaşma ilə əsgərlər arasında silahlı toqquşma baş verib. Nəticədə 1 nəfər Sepah əsgəri həlak olub, 3 qaçaqmalçı məhv edilib və qaçaqmalçılığın qarşısı alınıb.

Baş verən insidentlə bağlı araşdırma aparılır. İranın hüquq mühafizə orqanları qaçaqmalçıların İrandakı əlaqələrini üzə çıxarmağa çalışırlar.