Belarusda son vəziyyət necədir 
    
                          
     
                         22.04.2020
 
    
                        
Belarusda koronavirusdan ölənlərin sayı 58-ə çatıb.
Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hazırda ölkədə koronavirusdan müalicə olunanların sayı 7281 nəfərdir, onlardan 769 nəfəri tam müalicə olunaraq evə buraxılıb.
Məlumata görə, koronavirus səbəbindən ölən şəxslərdə xroniki xəstəliklər mövcud olub.
İndiyədək Belarusda koronavirusla bağlı 115 minə yaxın test aparılıb. Testlərin aparılması üçün ölkədə 25 laboratoriya fəaliyyət göstərir.