02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Uxanda 97 xəstə var?

22.04.2020


Çində yeni növ koronavirusun (COVID-19) aşkarlandığı Uxan şəhərində aktiv xəstələrin sayı infeksiyanın sürətlə yayıldığı vaxtdan bəri ilk dəfə 100-dən aşağı səviyyəyə düşüb.

Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, hazırda şəhərdəki aktiv xəstələrin sayı 97-dir. Artıq ardıcıl 7 gündür ki, şəhərdə COVID-19 infeksiyasından ölüm faktı qeydə alınmayıb.

Komitənin məlumatına əsasən, indiyədək Uxanda 50 min 333 nəfər yeni növ koronavirusa yoluxub. Onlardan 46 min 367 nəfəri sağalaraq evə yazılıb, 3869 nəfər isə ölüb.

Qeyd edək ki, dekabrın son günlərində Hubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərində aşkarlanan yeni növ koronavirus sürətlə yayılaraq, dünyada pandemiya halına çatıb. İndiyədək dünyada 2 milyon 571 mindən çox yoluxma, 178 mindən yuxarı ölüm qeydə alınıb. Virusun ilk dövrlərində ən çox yayılma və ölüm Çində qeydə alınsa da, hazırda ən ağır vəziyyət ABŞ və Avropa ölkələrində müşahidə olunur.