04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

DST-dən xəbərdarlıq

21.04.2020


Dünya Səhiyyə Təşkilatının fikrincə, koronavirusun yayılması ilə bağlı tətbiq edilən müxtəlif məhdudiyyətlərin əsassız ləğvi yeni infeksiya dalğasına səbəb ola bilər.

DM xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının Sakit Okean hövzəsinin qərb hissəsi üzrə regional direktoru Takeşi Kasainin sözlərinə görə, izolyasiya tədbirləri virusun yayılması ilə mübarizədə effektivliyini göstərib və insanlar yeni həyat tərzinə hazır olmalıdır.
ƏTRAFLI
Lazolvan

"COVID-19 əleyhinə vaksin və ya çox effektiv müalicə metodları tapılana qədər izolyasiya prosesi yeni normamıza çevrilməlidir”, - deyə Takeşi Kasai bildirib. O, məhdudiyyət tədbirlərinin ləğvi imkanlarını nəzərdən keçirən hökumətlərin bunu ehtiyatla və mərhələli etmələrini, həmçinin ölkədəki epidemioloji vəziyyəti diqqətdə saxlamalı olduqlarını vurğulayıb.

"Nə qədər ki, koronovirus dövr edir, heç bir ölkə potensial yeni infeksiya dalğasından sığortalanmayıb”, - deyə ekspert əlavə edib.

Qeyd edək ki, aprelin 20-də Dünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Hebreyesus bəşəriyyəti hələ COVID-19-la bağlı çətin sınaqlar gözlədiyini demiş və dünyanın "bu faciəni dəf edəcəyinə” ümidini ifadə etmişdi.