04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xəzərdə dalğa hündürlüyü 3.2 metr olub

21.04.2020


Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 21-i səhərədək ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, lakin axşam və gecə bəzi şimal və şərq rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb, səhər saatlarından başlayaraq şimal-qərb küləyi güclənib.

Xidmətdən  bildirilib ki, düşən yağıntının miqdarı Yardımlıda 3, Göygöldə 2, Şərur, Şəmkir, Lənkəran, Neft Daşlarında 0.6 millimetr olub.

Binə, Neft Daşları, Çilov adası, Xaçmaz, Cəfərxan, Biləsuvar, Astara, Lənkəran, Nabranda duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

Qərb küləyi Naftalanda 24, Daşkəsəndə 23, Xınalıqda 20, Xaltanda 15, Bakıda və Abşeron dəniz rayonunda 15-20 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən Xəzər dənizində dalğanın hündürlüyü 3.2 metrə çatıb.