04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

17 subartezian quyusu qazılacaq

21.04.2020

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 21-də "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Əhalisi 193 min 696 nəfər olan 10 şəhər və rayonun 13 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,19 milyon Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Subartezian quyuları aşağıdakı yaşayış məntəqələrində qazılacaq: Ağdaşın Ağzıbir və Şəkili kəndləri (hərəsində bir ədəd), Biləsuvarın Dərvişli kəndi (2 ədəd), Gəncənin Kəpəz rayonu (2 ədəd), Xocavəndin Muğanlı kəndi (2 ədəd), Yardımlının Köryədi kəndi (1 ədəd), Şuşa (Ağdam rayonu ərazisi) Mirzələr qış yatağı (2 ədəd), Laçın (Ağcabədi rayonu ərazisi) "Qayğı” qəsəbəsi və Mişni obası (hərəsində 1 ədəd), Qobustanın Təklə və Təklə Mirzəbaba kəndləri (hərəsində 1 ədəd), Lerikin Kələxan kəndi (1 ədəd) və Naftalanın Qasımbəyli kəndi (1 ədəd).