04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

100 min əməkdaş ödənişsiz məzuniyyətə

20.04.2020

"Walt Disney” kinostudiyası bu həftədən başlayaraq 100 mindən çox əməkdaşına maaş ödəməyəcək. Bu kompaniyanın ştatının demək olar ki, yarısıdır.

DM "Financial Times” qəzetinə istinadla xəbər verir ki, Florida ştatında və Parisdə kompaniyanın əməkdaşları ödənişsiz məzuniyyətə göndərilib və onlar yalnız dövlətin dəstəyinə ümid edə bilər.

ABŞ-da "Walt Disney” kinostudiyasının əməkdaşları aprelin 19-dan etibarən dövlətin koronavirus şəraitində kompaniyalara 2 trilyon dollar həcmində dəstək proqramı çərçivəsində həftədə 600 dollar müavinət almaları üçün ərizə verməlidir. Kompaniya öz əməkdaşlarına tibbi xidmətlər üzrə tam sosial paketi saxlamağı vəd edib.

Florida ştatı işsizlərə 12 həftə ərzində həftədə 275 dollar təklif edir. Bu, ABŞ ərazisində ən aşağı müavinətdir. Parisin "Disneyland” əyləncə mərkəzinin əməkdaşları isə Fransa hökumətinin maaşların 84 faizini kompensasiya edəcəyini gözləyir.

2019-cu ildə parklardan, əyləncə servislərindən və suvenir məhsullardan təxminən 7 milyard dollar və ya əməliyyat gəlirlərinin təxminən yarısını qazanan "Disney” koronavirusla mübarizə çərçivəsində bütün dünya üzrə otel və əyləncə parklarının bağlanması səbəbindən xeyli zərərə uğrayıb.