04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Trampın rəqibi qəzada həlak olub

20.04.2020


ABŞ-ın Kaliforniya ştatındakı Obern şəhərinin meri Bill Kirbi təyyarə qəzasında həlak olub.

DM Pleyser vilayəti şerifinin açıqlamasına istinadla xəbər verir ki, şənbə günü ikimotorlu kiçik təyyarə Obern yaxınlığında qəzaya uğrayıb. 14 min nəfər əhalisi olan Obern Kaliforniyanın paytaxtı Sakramentonun şimalından 50 kilometr aralıda yerləşir.

Məhkəmə ekspertləri hələlik qəzada həlak olan şəxslərin kimliyini rəsmən təsdiqləməsələr də, merin ailəsi təyyarədə məhz Kirbinin olması barədə müstəqil məlumat yayıb.

72 yaşlı Kirbinin şəhər meri vəzifələrini icra etməklə yanaşı, 2009-cu ildən bəri müxtəlif tibb məsləhətxanalarında çalışmış uroloq və həmçinin lisenziyalı pilot olduğu bildirilir. Ötən bazar ertəsi Facebook səhifəsində Prezident Donald Trampın tərəfdarlarını Ku-kluks klanının üzvləri ilə müqayisə edən fotoşəkil yerləşdirdikdən sonra Kirbi mer vəzifəsindən istefa verəcəyini bəyan etmişdi. O, Tramp administrasiyasının ən sərt tənqidçilərindən idi.