04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Gənclər üçün psixoloji işin təşkili" mövzusunda onlayn “meetup”

17.04.2020


Türkiyənin Trabzon Universitetinin Fatih fakültəsinin dosenti, psixologiya elmləri doktoru Mehmet Palancı Azərbaycan Texniki Universitetinin (AzTU) müəllim və əməkdaşlarının iştirakı ilə "Gənclər üçün psixoloji işin təşkili" mövzusunda onlayn "meetup” keçirib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, , meetupda koronavirus infeksiyası ilə bağlı yayılan məlumatların gənclərin psixologiyasına təsiri müzakirə olunub.

"Meetup" iştirakçılarına karantin günlərində təmkinli olmaları ilə bağlı məsləhətlər verilib. Belə həssas məqamlarda vaxtın səmərəli keçməsi üçün onlayn dərslərə qoşulmaq, idman, mütaliə və maraqlı film izləmək kimi məşğuliyyətlərə daha çox diqqət ayırmağın vacibliyi vurğulanıb.

Sonda müəllimlərin sualları cavablandırılıb.