27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə koronavirusdan ölənlərin sayı 1643 nəfərə çatıb

17.04.2020


Ölümcül yeni növ koronavirus (COVID-19) Türkiyədə daha 125 nəfərin həyatına son qoyub. Bununla da, ölkə üzrə dünyasını dəyişənlərin ümumi sayı 1643 nəfərə çatıb. Ölüm göstəricisi dünənki ilə müqayisədə on nəfər çoxdur. Bu gün 1415 nəfər sağalaraq xəstəxanalardan buraxılıb.

Son vəziyyətlə bağlı məlumat Türkiyə Səhiyyə Nazirliyinin rəsmi saytında yayılıb. Bildirilir ki, aprelin 16-da ölkə üzrə 40 min 427 nəfər üzərində test aparılıb. Onlardan 4 min 801 nəfərdə infeksiya aşkarlanıb. Bugünkü yoxlamada hər 8,4 nəfərdən birində infeksiya tapılıb.

İndiyədək testdən keçirilənlərin ümumi sayı 518 min 143 nəfərə çatıb. Ümumilikdə 74 min 193 nəfər müalicəyə cəlb olunub. Hazırda 1854 nəfər reanimasiyadadır. Süni nəfəs aparatına 1040 xəstə qoşulub.

İndiyə qədər 7 min 89 nəfərin müalicəsi uğurlu olub. Bu gün sağalananlar dünənkilərdən 540 nəfər artıqdır.