27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Bravo” daha 3700 vətəndaşa yardımı edib

16.04.2020


"Bravo” supermarketlər şəbəkəsi həssas qruplardan olan şəxslərlə bağlı sosial dəstək aksiyasını davam etdirir.

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən evlərində sosial xidmətlərlə təmin edilən tənha yaşlılardan və əlilliyi olanlardan daha 3700 şəxsə "Bravo” tərəfindən ərzaq yardımı edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki,

Bakı, Balakən, Bərdə, Zaqatala, Yardımlı, Qax, Daşkəsən, Gədəbəy, Şəki, Kürdəmir, Lənkəran, Masallı, Lerik, Samux şəhər və rayonlarında yaşayan həmin şəxslərə ərzaq yardımları sosial xidmətçilər və könüllülərlə birgə evlərinə aparılıb təqdim edilib.

Xatırladaq ki, dünən də 15-dək rayon üzrə 2400 tənha yaşlı və əlilliyi olan şəxsə "Bravo”dan ərzaq yardımı edilib.

Bu sosial aksiya cəmiyyətimizdə yaşlı nəslə və həssas qruplardan olan insanlara diqqət və qayğı ilə yanaşılması kimi yüksək milli-mənəvi dəyərlərə sadiqliyi əks etirməklə, hazırkı xüsusi karantin rejimi dönəmində #evdəqal çağırışına da bir dəstəkdir.