Belarusda koronovirusdan 40 nəfər ölüb  
    
                          
     
                         16.04.2020
 
    
                        Belarusda koronavirusdan ölənlərin sayı 40-a çatıb.
Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı isə 4204 nəfərdir.
Məlumata görə, koronavirus səbəbindən ölən şəxslərdə xroniki xəstəliklər mövcud olub.
Qeyd edək ki, indiyədək Belarusda koronavirusla bağlı 81 mindən artıq test aparılıb. Testlərin aparılması üçün ölkədə 24 laboratoriya fəaliyyət göstərir.