27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aİ Azərbaycana təşəkkür edib

16.04.2020


Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas həmrəyliyə görə ölkəmizə təşəkkür edib.

Bu barədə Avropa İttifaqı nümayəndəliyinin rəsmi "Facebook” səhifəsində məlumat yayılıb.

K.Yankauskas yazıb ki, Avropa İttifaqının bayrağının Heydər Əliyev Mərkəzinin binası üzərində videoproyeksiya olunması Aİ ilə Azərbaycan arasındakı həmrəyliyin və tərəfdaşlıq əlaqələrinin əksidir. Birlikdə daha güclüyük! Sağ ol, Azərbaycan!

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 15-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Avropa İttifaqının bayrağı videoproyeksiya olunub.